MƏRKƏZİ BANKDAN YENİ QƏRAR

MƏRKƏZİ BANKDAN YENİ QƏRAR KART ÖDƏNİŞLƏRİNDƏ KOMİSSİYALARA LİMİT QOYULDU
Azərbaycanda kartla ödənişlərdə tətbiq olunan xidmət haqqının maksimum həddi müəyyən edilib. Bu qərarı Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb və iyunun 1-dən qüvvəyə minəcək.Yeni qaydalara görə aptek və supermarketlərdə ödənişlərdə komissiya ən çox 1.25% ,yanacaqdoldurma məntəqələrində 0.75%,ümumi sahələrdə isə maksimum 1.5% olacaq.Bu qərar bankların kart ödənişlərindən götürdüyü komissiyaya limit qoyur. Belə ki,komissiya kartı verən bankla ödənişi qəbul edən bank arasında bölünür və bəzən keşbek kimi müştərilərə geri qaytarılır.





