Ölkənin qeyri-resurs ixracı yeni mərhələyə qədəm qoyur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı ilin avqust sayını təqdim edib.Hesabata əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, qeyri-monetar qızıl istisna olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı ilin avqust sayında bildirilir ki,aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 22,8% artaraq 896,4 milyon dollara çatıb.Qeyri-monetar qızıl istisna olmaqla, yanvar-iyul aylarında qeyri-neft sektorunun əsas ixrac məhsulları arasında qızıl 239,4 milyon dollarla birinci olub. Tomat 172 milyon dollarla ikinci, mis filizləri və konsentratları 152 milyon dollarla üçüncü yerdə qərarlaşıb.İxracın əsas istiqamətləri isə Rusiya, Türkiyə və Gürcüstan olub. Yanvar-iyul aylarında Rusiyaya 731,7 milyon dollar, Türkiyəyə 390,6, Gürcüstana 328,1 ,İsveçrəyə 251,6 , Ukraynaya isə 85 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.İyul ayında isə ən çox qeyri-neft məhsulu Rusiyaya göndərilib – 135,5 milyon dollar. Sonrakı sıralarda Gürcüstan, Türkiyə, İsveçrə, İspaniya yer alıb.





