Orduda maaşlarla bağlı yeni sistem

Azərbaycan Ordusunda hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklərin həyata keçirilməsi gözlənilir."Bakupost" xəbər verir ki, hərbi qulluqçulara il ərzində əlavə ödənişlərin verilməsi ilə bağlı mövcud 13-cü və 14-cü maaş sisteminin ləğv edilməsi nəzərdə tutulur.Məlumata əsasən, sözügedən ödəniş mexanizminin dəyişdirilməsi ilə yanaşı, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının və digər ödənişlərinin artırılması istiqamətində də yeni yanaşmanın tətbiqi gözlənilir. İddialara görə, hazırda müzakirə olunan dəyişikliklər nəticəsində hərbi qulluqçuların gəlirlərinin il ərzində daha sabit və proqnozlaşdırıla bilən formada təmin edilməsi məqsədilə əlavə ödənişlərin müəyyən hissəsinin aylıq maaşlara inteqrasiyası gündəmdədir.





