Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent100,67$2,81%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Ötən rüb ərzində saxta domenlərin sayı artıb

Biznes TV1 dəq oxu
Paylaş
Ötən rüb ərzində saxta domenlərin sayı artıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Cari ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 679 milyon 430 min zərərli keçid bloklayıb. Mərkəzi antivirus sistemi ilə 3,8 milyon, “Sandbox” mühafizə sistemi ilə isə 185 min zərərli sənəd zərərsizləşdirilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə III-cü rüb ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 53, ümumilikdə cari ilin doqquz ayı ərzində isə 77 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.