Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,32$3,47%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Biznes TV2 dəq oxu
Paylaş
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB “TRIPP-İ REGİONDA DAYANIQLI SÜLHÜN İNKİŞAFINA NÖVBƏTİ TÖHFƏ OLARAQ GÖRÜRÜK”

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Təbrik məktubunda dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərin- ləşməsində Prezident Donald Trampın əvəzsiz xidmətləri var. 2025-ci ilin avqustunda Ağ Evdə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının 6 ay sonra ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan – ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırıb. “Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlər- arası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük” – deyə məktubda vurğulanıb.

qlobalsiyasitrumpxəbərlər

Oxşar materiallar

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”
Siyasət

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”TRAMP NATO SAMMİTİ ÜÇÜN ANKARADADIR ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.“Report” xəbər verir ki, Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.”Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə […]

2 dəq oxu