Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,98$2,46%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Region

QARABAĞDA TƏHSİLƏ TÜRKİYƏ DƏSTƏYİ

Biznes TV1 dəq oxu
Paylaş
QARABAĞDA TƏHSİLƏ TÜRKİYƏ DƏSTƏYİ

Qarabağ Universitetinin strukturunda İstanbul Texniki Universitetinə bağlı akademik bölmələr yaradılacaq. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərara əsasən, İstanbul Texniki Universitetinin elmi və akademik potensialının Qarabağ Universitetinə ötürülməsi, Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.Əməkdaşlıq çərçivəsində bakalavr, magistratura və doktorantura səviyyələrində birgə təhsil proqramlarının, tələbə və müəllim mübadiləsinin, ortaq elmi-tədqiqat layihələrinin, ikili diplom proqramlarının və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılması planlaşdırılır.Qarabağ Universitetində xüsusilə Kimya Mühəndisliyi, Maşın Mühəndisliyi, İnşaat Mühəndisliyi və Elektrik-Elektronika Mühəndisliyi ixtisasları üzrə akademik bölmələrin yaradılması gözlənilir.Qeyd edək ki, 2026/2027-ci tədris ilindən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılıb.Yeni əməkdaşlığın Qarabağda yüksəkixtisaslı kadrların hazırlanmasına və Azərbaycan-Türkiyə arasında elm və texnologiya sahəsində əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

türkiyəazərbaycanqarabağtəhsildəstək