Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent100,68$2,82%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Enerji

“Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” tədbiri COP29 çərçivəsində keçirilib

Biznes TV2 dəq oxu
Paylaş
“Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” tədbiri COP29 çərçivəsində keçirilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

COP29 (BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

Tədbirə Azərbaycanın müxtəlif nazirlikləri, Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nümayəndələri qatılıb.

FHN nümayəndəsi Nicat Əliyev çıxışında radioloji fəaliyyətin təhlükəsizliyinin təminatı, infrastrukturların gücləndirilməsi və radioaktiv tullantıların idarə edilməsi sahəsindəki işləri vurğulayıb. O, Azərbaycanın nüvə və radiasiya texnologiyalarının tətbiq sahələrini genişləndirərək tibb, kənd təsərrüfatı və məhsul sterilizasiyası kimi sahələrdə istifadə etdiyini bildirib.

Son illərdə radiasiya təhlükəsizliyi üçün ölkə üzrə mütəmadi monitorinqlər aparıldığı, radionuklidlərin təyini üçün müasir sistemlərin tətbiq edildiyi qeyd olunub. Eyni zamanda, modul tipli kiçik nüvə reaktorlarının karbon emissiyalarını azaltmadakı potensialı müzakirə edilib.

Tədbirdə AEBA nümayəndəsi Vey Huanq və digər yerli qurumların təmsilçiləri mövzunun əhəmiyyətini vurğulayıb, gələcəkdə bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Mənbə: AZƏRTAC

Oxşar materiallar

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
Enerji

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDUQANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə […]

1 dəq oxu
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Enerji

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 dəq oxu
QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
Enerji

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏRYENİ QAYDALAR TƏSDİQLƏNDİ Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN […]

1 dəq oxu