RAMİZ MEHDİYEVİN MƏHKƏMƏYƏ GƏLMƏMƏSİNİN SƏBƏBİ BƏLLİ OLDU

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. gununsesi.info xəbər verir ki, Hazırda ev dustaqlığında olan sabiq Prezident Administrasiyası rəhbərinə ittiham aktı təqdim olunub və məhkəməyə çağırış göndərilib.Ramiz Mehdiyev səhhətindəki problemləri əsas gətirərək məhkəmədə onlayn iştirak etmək istəyib. Onun müraciətinə sentyabrın 21-də keçiriləcək iclasda baxılacaq. Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı maddələrlə ittiham olunur.





