Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,78$7,48%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

RUSİYA XƏBƏRDARLIQ ETDİ

Biznes TV2 dəq oxu
Paylaş
RUSİYA XƏBƏRDARLIQ ETDİ

RUSİYA XƏBƏRDARLIQ ETDİ ERMƏNİSTAN Aİ-YƏ ÜZV OLSA,ÖLKƏDƏ İQTİSADİ TƏNƏZZÜL BAŞLAYACAQ

Rusiya yenə Ermənistana Aİ üzvlüyü ilə bağlı xəbərdarlıq edib. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın Avropa İttifaqına qoşulacağı təqdirdə ciddi iqtisadi itkilərlə üzləşəcəyini bildirib.

Onun sözlərinə görə, ən ehtiyatlı hesablamalara əsasən, Ermənistan üçün Aİ-yə inteqrasiyanın dəyəri təxminən ÜDM-in 23 faizi həcmində ola bilər.Şevtsov iddia edib ki, bu proses əmək bazarında kəskin daralma yaradacaq, məşğulluq səviyyəsi 10,5 faiz bəndi azalacaq.Rusiya rəsmisi əlavə edib ki, inflyasiya 22,6 faiz bəndi artaraq əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərəcək.Onun sözlərinə görə, daxili istehlak indiki səviyyədən 20 faizdən çox aşağı düşə bilər.

Şevtsov həmçinin enerji daşıyıcılarının, o cümlədən təbii qazın qiymətinin artacağını bildirib.Qeyd edək ki, Moskva son dövrlər Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini mütəmadi tənqid edir və bunun iqtisadi nəticələri barədə xəbərdarlıqlar səsləndirir.

ermənistaniqtisadiyyatqlobalrusiyasiyasixəbərlər

Oxşar materiallar

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞ
Siyasət

RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞ

RUSİYA İLƏ TİCARƏTDƏ KƏSKİN ENİŞDÖVRİYYƏ 36,7 FAİZ AZALDI 2026-cı ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 366 milyon 745 min dollar olub.”Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 % azdır. Rusiya ilə ticarət ümumi dövriyyənin 6,5 %-i qədər olub.Eyni dövrdə Azərbaycan […]

1 dəq oxu