Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent108,16$3,39%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Rüşvət alan məmurlara hökm oxundu

Biznes TV1 dəq oxu
Paylaş
Rüşvət alan məmurlara hökm oxundu

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən üç vəzifəli şəxsin məhkəməsi başa çatıb.“Qafqazinfo”nun məlumatına görə, son iclasda Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirliyə hökm oxunub.Məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərdən pul alaraq torpaq sahələrində ev tikintisi üçün tələb olunan yerləşmə cizgilərinin təsdiqlənməsinə kömək ediblər.Müraciət edən şəxslərin bu iş üçün 3, 5 və 6 min manat ödədiyi bildirilib.İş materiallarına görə, əsas rolu Qaradağ Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev oynayıb. Onun həmin dövrdə icra başçısı olan Süleyman Mikayılovun uşaqlıq dostu olduğu da məhkəmədə məlum olub. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.Məhkəmə Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min manat, Rəşad Nadirli isə 9 min 500 manat cərimə cəzasına məhkum edilib.Qeyd edək ki, əməliyyatdan sonra Süleyman Mikayılov vəzifəsindən azad edilib. O, açıqlamasında sözügedən cinayət işi üzrə istintaqa cəlb edilmədiyini bildirib.

sonxəbəriqtisadiyyat#biznestvxəbərlər