Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Biznes

SƏLƏMÇİLİKLƏ BAĞLI XƏBƏRDARLIQ

Biznes TV3 dəq oxu
Paylaş
SƏLƏMÇİLİKLƏ BAĞLI XƏBƏRDARLIQ

SƏLƏMÇİLİKLƏ BAĞLI XƏBƏRDARLIQ ALİ MƏHKƏMƏ MƏLUMAT YAYDI

Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilən qaydada və məbləğdə faiz tələb edə bilər. Ali Məhkəmənin yaydığı məlumatda bildirilir ki, yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır.

Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir. Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə gerçəkləşdirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər. Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir. Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

  • borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;
  • müqavilədə bütün mühüm şərtləri, məsələn faiz, müddət, qaytarılma qaydasını aydın şəkildə göstərmək;
  • ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;
  • bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək; Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur.
xəbərlər

Oxşar materiallar

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
Biznes

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 dəq oxu
TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ
Biznes

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİONKOLOGİYA MƏRKƏZİ 35 MİLYON MANATI NƏYƏ XƏRCLƏYƏCƏK? Milli Onkologiya Mərkəzi açıq tender elan edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator müayinələrdə və tibbi testlərdə istifadə olunan xüsusi kimyəvi maddə yəni laborator reagentlər, sərf […]

1 dəq oxu
İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?
Biznes

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞDİ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Yeni dəyişikliklərə əsasən, bir sıra sahələrdə cərimələr müəyyənləşdirilib və bəzi inzibati məsuliyyət tədbirləri yenilənib.Belə ki, tibbi müayinə rəyinə əsasən narkoloji xəstə olan şəxsin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslə əmək münasibətlərinin […]

2 dəq oxu
KAFE VƏ RESTORANLARDA POZUNTU
Biznes

KAFE VƏ RESTORANLARDA POZUNTU

KAFE VƏ RESTORANLARDA POZUNTUƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama […]

1 dəq oxu