Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,39$2,66%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Səudiyyə Ərəbistanında neft həyəcanı

Biznes TV1 dəq oxu
Paylaş
Səudiyyə Ərəbistanında neft həyəcanı

Səudiyyə Ərəbistanının əsas neft kəmərini bir neçə gün ərzində yenidən işə salmaması ölkənin ixrac üçün nəzərdə tutulan neft ehtiyatlarının tükənməsinə və qlobal tədarükün 4%-dək azalmasına səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanından neft alan şirkətlərin nümayəndələri və treyderlər bildiriblər.Onların sözlərinə görə, Səudiyyə Ərəbistanından neft axınının daha da azalması onsuz da mövcud olan qlobal yanacaq böhranını dərinləşdirəcək. Böhran dünya üzrə yanacaq qiymətlərinin rekord həddə yüksəlməsinə, inflyasiyanın artmasına və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

neftneftbazarı#biznestviqtisadiyyat#iqtisadixeberxəbərlərsonxəbər