Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent103,73$3,62%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Texnologiya

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

Biznes TV2 dəq oxu
Paylaş
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.

İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil edib.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 1,11 milyard dollara düşüb. Gəlirlər isə 26% artıb.Əsas avtomobil satışlarından əldə olunan gəlir 23% artaraq 20,52 milyard dollara çatıb. Enerji biznesinin gəlirləri 13%, xidmət və digər fəaliyyətlərdən gəlirlər isə 50% artıb.Buna baxmayaraq, avtomobillərin orta satış qiymətinin azalması və tənzimləyici kreditlərdən gəlirin aşağı düşməsi ümumi mənfəət marjasına mənfi təsir edib. Marja ötən ilki 17,2%-dən 16,8%-ə enib.Şirkətin əməliyyat xərcləri isə süni intellekt və yeni texnologiyalara yatırımlar səbəbindən 47% artaraq 4,35 milyard dollara yüksəlib.

Hazırda “Tesla” diqqətini sürücüsüz Robotaxi xidmətinin və Optimus humanoid robotlarının inkişafına yönəldib.

Şirkət eyni zamanda Çin istehsalçıları – BYD, Nio və Xiaomi ilə artan rəqabət və bəzi bazarlarda İlon Maska qarşı boykot çağırışları ilə də üzləşir. Buna baxmayaraq, benzin qiymətlərinin yüksəlməsi xüsusilə Avropada elektrikli avtomobillərə tələbi artırıb.

elonmaskteslatexnologiya

Oxşar materiallar

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Texnologiya

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 dəq oxu
İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR
Texnologiya

İNSANLAR DEDİKLƏRİMİN GERÇƏKLƏŞƏCƏYİNİ DƏRK ETMİRLƏR

Yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. ABŞ-nin “SpaceX” şirkətinin qurucusu İlon Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.”İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə […]

2 dəq oxu
QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA
Texnologiya

QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA

ABŞ-dən olan startap ağız üçün taçpad buraxıb.O , damağa bərkidilir və dilin hərəkətləri ilə kompüterləri və smartfonları idarə etməyə imkan verir.”MouthPad” cəmi 10 qram çəkiyə malikdir və bir dəfə doldurulmaqla 7 saata qədər işləyir. O, ilk növbədə fiziki imkanları məhdud şəxslər üçün yaradılsa da, istəyən hər kəsə satılır.Hər bir nüsxə çənənin qəlibinə əsasən fərdi şəkildə […]

1 dəq oxu
AUDİTLƏR DAHA ÇEVİK APARILACAQHESABLAMA PALATASINDAN YENİ PLATFORMA YARADIR
Texnologiya

AUDİTLƏR DAHA ÇEVİK APARILACAQHESABLAMA PALATASINDAN YENİ PLATFORMA YARADIR

Hesablama Palatası rəqəmsal audit platforması yaradır.Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Trend” İnformasiya Agentliyi və İTV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə, bu istiqamətdə artıq texnoloji platforma formalaşdırılıb və Hesablama Palatasının informasiya sistemi hökumət buluduna yerləşdirilib. Hazırda hesabat və məlumatların sistem üzərindən əldə olunması istiqamətində işlər aparılır.Sədr qeyd edib ki, informasiya sistemi tam istifadəyə verildikdən […]

1 dəq oxu