Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,78$7,48%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

TİBBİ TƏYİNATLI PLASTİK QABLAŞDIRMA MƏHSULLARI ZAVODU YARADILACAQ

Biznes TV2 dəq oxu
Paylaş
TİBBİ TƏYİNATLI PLASTİK QABLAŞDIRMA MƏHSULLARI ZAVODU YARADILACAQ

TİBBİ TƏYİNATLI PLASTİK QABLAŞDIRMA MƏHSULLARI ZAVODU YARADILACAQ YENİ ŞİRKƏTƏ 8 MİLYON MANAT İNVESTİSİYA QOYULACAQ

Ölkədə sayca üçüncü “Healthtech Solutions KOB Klaster Şirkəti” MMC yaradılıb. “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə şirkət arasında keçirilən görüşdə şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.Bakıda fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon, ümumilikdə isə 8 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə əvvəlcə 10, sonrakı mərhələdə isə 50 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.Hazırda 11 KOB subyekti şirkətin iştirakçısıdır. Onlar KOB klaster şirkətinə xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, İT və digər xidmətləri göstərəcəklər.Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək Agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.

iqtisadiyyatxəbərlər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu
QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
İqtisadiyyat

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dəq oxu