Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent98,65$5,89%Qızıl7.423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

TRAMPIN VAR-DÖVLƏTİ AĞ EV DÖVRÜNDƏ ARTDI: YENİ REKORD 7 MİLYARD DOLLAR

Biznes TV1 dəq oxu
Paylaş
TRAMPIN VAR-DÖVLƏTİ AĞ EV DÖVRÜNDƏ ARTDI: YENİ REKORD 7 MİLYARD DOLLAR

ABŞ prezidenti Donald Tramp 2024-cü ildə ikinci dəfə hakimiyyət başına gələndən bəri 2.7 milyard dollar sərvət qazanıb. Bu barədə Forbes jurnalı məlumat yayıb. Forbes jurnalına görə, Trampın xalis sərvəti hazırda təxminən 7 milyard dollardır. İkinci dəfə prezident seçildiyi vaxt isə onun sərvəti 4,3 milyard dollar olub. Nəşr yazır ki, ABŞ tarixində heç kim siyasətdən bu qədər çox pul qazanmayıb. Bu artımın əsas mənbələri kriptovalyuta layihələri və xarici sövdələşmələr olub. Forbes onu da yazır ki, Trampın xalis sərvəti son bir ildə bir qədər - təxminən 300 milyon dollar - azalıb, çünki Tramp Media, TRUMP sikkəsi və World Liberty Financial tokenləri dəyərini itirib.

prezidentdünyapuliqtisadiyyat