Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB

Biznes TV1 dəq oxu
Paylaş
VALYUTA EHTİYATLARINDAN ƏLAVƏ GƏLİR ƏLDƏ OLUNACAQ MƏRKƏZİ BANK İLK DƏFƏ QİYMƏTLİ KAĞIZLARIN İCARƏSİNƏ BAŞLAYIB

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə edilməsində yeni maliyyə alətindən istifadə etməyə başlayıb. Qurum ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi əməliyyatını tətbiq edir.

Mərkəzi Bankın məlumatına görə, bu addım valyuta ehtiyatlarının idarə olunmasının daha səmərəli təşkili, tətbiq olunan alətlərin şaxələndirilməsi və əlavə gəlirlərin əldə edilməsi məqsədi daşıyır.

Proqram Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı olan Bank of New York Mellon vasitəsilə həyata keçiriləcək. Proqram çərçivəsində Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızları beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə veriləcək.

Qurum bildirir ki, bu əməliyyatlar zamanı valyuta ehtiyatlarının təhlükəsizliyi və likvidliyi qorunacaq. Eyni zamanda, qiymətli kağızların müvəqqəti icarəyə verilməsi hesabına Mərkəzi Bank əlavə gəlir əldə edəcək.

dollarmilyardpulvalyuta