Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb

Biznes TV1 dəq oxu
Paylaş
Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2024-cü ilin yanvar-noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 808,3 milyon manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manat və ya 11,5% çoxdur.

Bu barədə məlumat BiznesTV İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən yaydığı xəbərdə yer alıb.

Bildirilib ki, 2024-cü ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Bu rəqəmlər ölkədə elektron nəzarət mexanizmlərinin genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində atılan addımların uğurlu nəticələrini göstərir.