Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Press-reliz

ZƏRİFLİK VƏ GÜCÜN TƏCƏSSÜMÜ: MEHRİBAN ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Biznes TV3 dəq oxu
Paylaş
ZƏRİFLİK VƏ GÜCÜN TƏCƏSSÜMÜ: MEHRİBAN ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

1964-cü il avqustun 26-da Bakıda dünyaya göz açan Mehriban Arif qızı Əliyevanın həyat yolu elmə, mədəniyyətə, humanizmə və Azərbaycana xidmətlə zənginləşən çoxşaxəli bir ömür yoludur. Orta məktəb illərindən seçilən uğurları onun gələcək həyat yolunun ilk işartıları idi. 1981-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla başa vuran Mehriban Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul oldu. Təhsilini Moskvada İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirərək 1988-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Ardınca iki il ərzində “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçdi. 1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışan Mehriban Əliyevanın həyatında daha sonra yeni bir mərhələ başladı. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edərək milli mədəniyyətin qorunması və dünyada tanıdılması istiqamətində mühüm işlərə imza atdı. Bir il sonra isə Azərbaycan mədəni irsinin təbliği məqsədilə üç dildə nəşr olunan “Azərbaycan – İrs” jurnalını yaratdı.Onun fəaliyyəti zaman keçdikcə ölkənin ictimai və siyasi həyatının müxtəlif sahələrini əhatə etdi. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva fondun fəaliyyəti vasitəsilə təhsil, səhiyyə, mədəniyyət, elm və sosial sahələrdə həyata keçirilən çoxsaylı layihələrə rəhbərlik etdi. 2004-cü ildə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsi onun beynəlxalq miqyasda da fəaliyyətinin tanınmasının göstəricilərindən biri oldu. 2006-cı ildə isə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görüldü.Siyasi fəaliyyətində də ardıcıl yüksəliş yolu keçən Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçildi. 2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2021-ci ildə isə partiya sədrinin birinci müavini oldu. 2017-ci il fevralın 21-də isə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi.Onun həyatının mühüm istiqamətlərindən biri də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, milli-mədəni irsi qorumaq və gələcək nəsillərə ötürmək missiyasıdır. Elm və tibbdən mədəniyyətə, idmandan ictimai fəaliyyətə, xeyriyyəçilikdən dövlət idarəçiliyinə qədər uzanan bu yol bir qadının müxtəlif sahələrdə özünü təsdiq etməsinin nümunəsidir.Mehriban Əliyevanın həyat hekayəsi yalnız tutduğu vəzifələr və qazandığı titullardan ibarət deyil. Bu, illər ərzində formalaşan bir xidmət, məsuliyyət və fədakarlıq hekayəsidir. Onun fəaliyyəti Azərbaycan qadınının zərifliyi ilə gücünü, intellektlə iradəsini, milli dəyərlərə bağlılıqla müasir dünyaya açıq baxışını bir araya gətirən obraz kimi təqdim olunur. Bu gün, 26 avqust – onun doğum günündə, Mehriban Əliyevanın həyat yoluna nəzər salarkən, qarşıda duran rəqəmlərdən daha çox, bu yolun arxasında qalan illərin, görülən işlərin və Azərbaycan adına atılan addımların izləri diqqət çəkir. Onun üçün həyatın ən mühüm dəyərlərindən biri də ailədir. Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşıdır.İki qızı, bir oğlu və doqquz nəvəsi var. Mehriban xanımın ana qayğısı yalnız öz övladları ilə məhdudlaşmır. O, illərdir kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara da sahib çıxaraq, bir ana kimi onların yanında olub. Şəhid analarının dərdinə, körpəsi atasız qalan ailələrin ağrısına da şərik çıxıb. Elə buna görə də Mehriban xanım çoxları üçün sadəcə dövlət xadimi və ya ictimai xadim deyil, həm də qayğıya ehtiyacı olan hər kəsə mərhəmətlə qucaq açan əsl Azərbaycan Anasıdır!

xanımprezident

Oxşar materiallar

🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!
Press-reliz

🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!

UTEM Logistics üçün daha bir mühüm uğur! UTEM Logistics Sp. z o.o. beynəlxalq səviyyədə tanınan ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif olunub. Bu sertifikat şirkətin yüksək keyfiyyət standartlarına sadiqliyini, müştəri məmnuniyyətini daim ön planda tutduğunu və bütün əməliyyat proseslərində davamlı inkişaf prinsipini rəhbər tutduğunu bir daha təsdiqləyir. UTEM Logistics fəaliyyət sahələrində peşəkarlığı və […]

1 dəq oxu
Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi
Press-reliz

Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi

Konsert, teatr, konfrans, idman və festival biletləri artıq bir ünvanda. Birbilet.az istifadəçilərə sevdikləri tədbirləri kəşf etmək və biletlərini bir neçə kliklə təhlükəsiz əldə etmək imkanı təqdim edir. Azərbaycanın tədbir bazarında rəqəmsallaşmanı sürətləndirən yeni onlayn bilet platforması Birbilet.az fəaliyyətə başlayıb. Platforma konsertdən konfransa, teatrdan idman yarışlarına və festivallara qədər müxtəlif tədbirləri vahid məkanda birləşdirərək, istifadəçilərə axtarış, […]

2 dəq oxu
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Press-reliz

“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS

SAHİBKARLARLA VACİB GÖRÜŞ“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS “Fayda” İş Adamları Platforması və Biznes TV-nin birgə təşkilatçılığı, Dövlət Vergi Xidmətinin iştirakı və dəstəyi ilə inşaat, tekstil, xidmət, istehsal və logistika sahələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Məqsəd sahibkarlarla vergi orqanı arasında ünsiyyətin gücləndirilməsi, biznes nümayəndələrini maraqlandıran vergi məsələlərinin müzakirəsi və qarşılıqlı fikir […]

2 dəq oxu