“AZƏRBAYCANDA İNFLYASİYA ARTA BİLƏR”
“AZƏRBAYCANDA İNFLYASİYA ARTA BİLƏR”
MƏKƏZİ BANK BAHALAŞMA İLƏ BAĞLI PROQNOZUNU AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağını bildirib. Amma son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu açıqlayıb. Buna səbəb kimi inflyasiya risklərinə regionda gərginliyin kəskin fazaya keçməsi nəticəsində qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyinin yüks olması göstəririlir. Mərkəzi Bankın məlumatına görə 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5,7 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 %, ödənişli xidmətlər üzrə 5,7 %, qeyri-qida məhsulları üzrə isə 3,7 % təşkil edib. İllik baza inflyasiya 5,6 % olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.




