AZƏRBAYCANIN DAXİLİ DÖVLƏT BORCU AÇIQLANDI
AZƏRBAYCANIN DAXİLİ DÖVLƏT BORCU AÇIQLANDI
BORCUN ƏSAS HİSSƏSİ ZƏMANƏTLİ ÖHDƏLİKLƏRİN PAYINA DÜŞÜR
2026-cı il aprelin 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 492,9 milyon manat olub. Bunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə dövlət zəmanətli öhdəliklərin payına düşüb.”Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 54,4 %-i 2 və 3 illik, 45,6 %-i isə 5 il və daha artıq müddətli olub.Dövriyyədəolan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,6 təşkil edib. 3 ay ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.




