Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DOLLAR UCUZLAŞIR
June 15, 2026
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
June 15, 2026
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
June 15, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir
İqtisadiyyatXəbərlər

Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir

December 3, 2024

BiznesTV Trend-ə istinadən xəbər verir ki, forumun əsas mövzuları arasında rəqəmsal transformasiya (rəqəmsal və neobanklar), məlumat və analitika ilə iş strategiyası, ödəniş mənzərəsinin təkamülü (təmassız texnologiyalara keçid), ani, fasiləsiz və uyğun beynəlxalq ödənişlər, mərkəzləşdirilməmiş maliyyə (DeFi) inqilabı, bulud sistemləri və köhnəlmiş texnologiyalar üçün alternativlər, kibertəhlükəsizlik, sabitlik və dayanıqlılıq prizmasından rəqəmsallaşma, ekoloji və dayanıqlı bankçılıq xidməti (ESG) məsələləri var.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov bildirib ki, ölkədə qəbul edilən “Yaşıl taksonomiya” dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradacaq. O qeyd edib ki, Azərbaycan bank sektoru iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişafı dəstəkləmək üçün 2 milyard manat vəsait ayırıb.

Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın Azərbaycanın rəqəmsallaşma və fintex sahəsində böyük potensiala malik olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın bu sahədə mövqeləri gücləndirə biləcəyini qeyd edib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev milli ödəniş sistemləri vasitəsilə əməliyyatların həcminin 3,6 dəfə artaraq 606 milyard manata çatdığını və nağdsız ödənişlərin 63,8 faiz təşkil etdiyini bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bankların ESG standartlarına uyğun strategiyalar hazırlayaraq yaşıl maliyyələşməni və dayanıqlı layihələri dəstəkləmələrinin vacibliyini vurğulayıb. O qeyd edib ki, “Yaşıl taksonomiya” iqtisadiyyatın müxtəlif sahələrində yaşıl fəaliyyət növlərini müəyyənləşdirən mühüm sənəddir.

Əvvəlki yazı

Azərbaycan – Rusiya İşgüzar Şurasının iclası keçirilib

Növbəti yazı

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr

Related Posts

Press-reliz
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Biznes TV
By Biznes TV
Press-reliz
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Biznes TV
By Biznes TV
Press-reliz
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
Biznes TV
By Biznes TV
Qlobal
2026 FIFA DÜNYA KUBOKU
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV