ÇÖRƏYİN QİYMƏTİ ARTIR?
RƏSMİ QURUM AÇIQLAMA VERDİ
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Report”a bildirilib ki, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır. “Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir”, – deyə Agentlikdən bildirilib.




