ƏMƏKHAQQI SİSTEMİNDƏ DƏYİŞİKLİK
ƏMƏKHAQQI SİSTEMİNDƏ DƏYİŞİKLİK
DÖVLƏT QULLUQÇULARINA VERİLƏN MÜKAFATLAR LƏĞV EDİLDİ
Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq. Əvvəllər hər il bu mükafatlar üçün dövlət büdcəsindən vəsait ayrılırdı və məbləğ əməkdaşın maaşının üç mislinə qədər ola bilirdi. Yeni sistemdə əsas məqsəd maaşları daha sabit və şəffaf etməkdir. Bundan sonra dövlət qulluqçularının gəliri əsasən yalnız aylıq maaşdan ibarət olacaq.




