ƏMLAK MAKLERİ KİMİ TANINAN ŞƏXS HƏBS EDİLDİ
10 NƏFƏRİ EYNİ ÜSULLA ALDADARAQ PULUNU MƏNİMSƏYİB
Xəzər rayonunda əmlak makleri kimi tanınan şəxs daşınmaz əmlak və torpaq sahələrini sənədləşdirilmək adi ilə 21 min 100 manatı dələduzluq yolu ilə ələ keçirib. “Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bu əməli törətməkdə şübhəli bilinən 60 yaşlı Elxan Abbasov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o eyni üsulla daha 9 nəfəri aldadaraq onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.




