Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.01$5.73%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

2025-ci il üçün yaşayış minimumu bu qədər olacaq – Təsdiqləndi

Biznes TV1 min read
Share
2025-ci il üçün yaşayış minimumu bu qədər olacaq – Təsdiqləndi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Milli Məclisdə “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Biznes TV xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.