Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.98$2.46%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Regions

AQŞİN FATEHİN RESTORANINDA YOXLAMA

Biznes TV2 min read
Share
AQŞİN FATEHİN RESTORANINDA YOXLAMA

AQŞİN FATEHİN RESTORANINDA YOXLAMA SAXTA İÇKİLƏR AŞKARLANDI

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində fəaliyyət göstərən “By Fateh” restoranında plandankənar yoxlama keçirilib.Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, ət məhsullarına aid sənədlərinin olmadığı,restoranda yararsız qida məhsullarının satıldığı məlum olub. Eyni zamanda satışdakı bəzi spirtli içkilərin saxta olduğu açıqlanıb.Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların satışı dayandırılıb.Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.Qeyd edək ki, “By Fateh” restoranı meyxanaçı Aqşin Fatehə məxsusdur. Xatırladaq ki, bu, sözügedən restoranla bağlı ilk cərimələnmə halı deyil. 2025-ci ilin dekabrında saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə restoran cərimlənib. https://qafqazinfo.az/news/detail/aqsin-fatehin-restoraninda-saxta-ickiler-satilirmis-fotolar-497833

saxtaxəbərlər