Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent105.38$2.09%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerji sahəsində imzaladıqları sazişə düzəliş protokolu təsdiqlənib

Biznes TV1 min read
Share
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerji sahəsində imzaladıqları sazişə düzəliş protokolu təsdiqlənib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.