Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.96610.00%Brent107.37$2.64%Qızıl7,360.300.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Azərbaycan yarım ildə Türkiyənin əsas qaz təchizatçısı olub

Biznes TV1 min read
Share
Azərbaycan yarım ildə Türkiyənin əsas qaz təchizatçısı olub

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyəyə 5,49 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.Report xəbər verir ki,Təkcə iyun ayında Türkiyəyə 1,01 milyard kubmetr qaz göndərilib. Bununla da Azərbaycan iyunda Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkə olub.Türkiyənin iyunda idxal etdiyi qazın 33,9%-i Azərbaycanın payına düşüb. İran ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Təbii Qaz Kəməri vasitəsilə Türkiyə bazarına çatdırılır.

xəbərlərbiznesqazixrac#biznestv