Yarım ildə Azərbaycana 10 mindən çox hibrid avtomobil gətirilib

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 10 min 405 hibrid avtomobil idxal olunub.Yeniavaz xəbər verir ki,Onların 7 199-u xaricdən elektriklə doldurula bilən, 3 203-ü isə belə imkan olmayan benzin mühərrikli hibridlərdir. Ölkəyə cəmi 3 ədəd dizel mühərrikli hibrid də idxal olunub.Xaricdən elektriklə doldurula bilən benzin mühərrikli hibridlərin böyük hissəsi Çindən gətirilib – 6 848 ədəd. Doldurula bilməyən benzin mühərrikli hibridlər isə əsasən Çin, Koreya və Yaponiyadan idxal edilib.Bir ədəd doldurula bilən benzin mühərrikli hibridin orta gömrük dəyəri 22,5 min dollar, doldurula bilməyənin isə 21,1 min dollar olub.Dizel mühərrikli hibridin orta gömrük dəyəri isə 43,8 min dollar təşkil edib.





