Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97760.00%Brent101.63$3.79%Qızıl7,448.800.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Azərbaycanın Avstraliyadan idxalı 115 dəfə artaraq 1 milyard dolları keçərək rekord vurub

Biznes TV1 min read
Share
Azərbaycanın Avstraliyadan idxalı 115 dəfə artaraq 1 milyard dolları keçərək rekord vurub
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2024-cü ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın idxalında əsas ölkələr siyahısında Avstraliya 1 milyard 35 milyon 985 min dollar məbləğ ilə 4-cü yeri tutub. Bu dövrdə Azərbaycandan Avstraliyaya cəmi 114 min dollarlıq mallar ixrac edilib.

Bu barədə Biznes Tv Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.

Halbuki, 2023-cü ilin 10 ayı ərzində Avstraliyanın adı Azərbayanın idxalında əsas ölkələr siyahısında yox idi. 2023-cü ilin 10 ayında Azərbaycanın Avstraliyadan idxalı cəmi 9 milyon 4 min dollar olmuşdu, Azərbaycandan Avstraliyaya ixrac isə 29 milyon 208 min dollar təşkil etmişdi. Tam 2023-cü il ərzində isə Azərbaycanın Avstraliyadan idxalının həcmi cəmi 11 milyon 688 min dollar məbləğində qeydə alınmışdr.