REKORD GÖSTƏRİCİ: MƏRKƏZİ BANK AVQUSTDA 1,5 MİLYARD DOLLARLIQ ALIŞ ETDİ

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb.AMB-dən bildirilib ki, avqust ayında valyuta bazarında təklif tələbi üstələyib və təxminən 1,5 milyard dollaralışyönlü müdaxilə həyata keçirilib. Qurum bildirir ki, makroiqtisadi sabitliyi təmin etmək məqsədilə, gələcəkdə yaranacaq tələbdən asılı olaraq alınan valyutanın bir hissəsi və ya tamamı yenidən bazara çıxarıla bilər. 2026-cı il sentyabrın 1-nə AMB-nin valyuta ehtiyatları avqustun 1-i ilə müqayisədə 11,1 % çoxdur. Valyuta ehtiyatları ötən ilin sonuna nisbətən 32,9 %, son 1 ildə isə 36,7 % artıb.





