Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.01$5.73%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

“Azəripək” ixrac gəlirlərini 3 dəfə azaldıb

Biznes TV1 min read
Share
“Azəripək” ixrac gəlirlərini 3 dəfə azaldıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2024-cü ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında qeyd edilib.

Bu, ötən ilin eyni dövrün ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 22,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,8 milyard ABŞ dolları təşkil edib.