Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97760.00%Brent100.68$2.82%Qızıl7,448.800.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Bakıda COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

Biznes TV1 min read
Share
Bakıda COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) təşkilatçılığı ilə Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar” adlı Kosmik Liderlərin Sammiti keçirilib.

BİZNES TV AZƏRTAC -a istinadən xəbər verir ki, sammit COP29-un Elm, Texnologiya və İnnovasiya Günündə təşkil olunub.

Sammitdə 20-dən çox qlobal kosmik agentliyin rəhbərləri, BMT-nin Kosmos Məsələləri üzrə Ofisi, ICESCO, Beynəlxalq Astronavtika Federasiyası və digər qurumların nümayəndələri, həmçinin özəl sektor təmsilçiləri iştirak edib.

Sammitin məqsədi kosmik texnologiyaların iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu təşviq etmək və bu istiqamətdə əməkdaşlıq üçün addımlar formalaşdırmaqdır.

Müzakirələr nəticəsində 20 kosmik agentlik “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd” sənədini imzalayacaq. Bu sənəd, COP28-də qəbul edilmiş öhdəliklərin davamı olaraq qlobal əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı mübarizədə kosmik texnologiyaların tətbiqini gücləndirmək məqsədi daşıyır.