Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent108.29$0.61%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

BYD qlobal satışlarda Ford və Honda-nı geridə qoymağa hazırlaşır

Biznes TV2 min read
Share
BYD qlobal satışlarda Ford və Honda-nı geridə qoymağa hazırlaşır
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

BYD bu il istehsal gücünü artıraraq, üçüncü rübdə gəlir baxımından Tesla-nı geridə qoymuşdur.

BiznesTV Marja.az–a istinadən xəbər verir ki, Çin avtomobil istehsalçısı BYD, 2024-cü ilin 11 ayında 3,76 milyon avtomobil satıb, noyabr ayında isə 506 min avtomobil satışına nail olub. Şirkət, Çin bazarındakı 16,2% bazar payı və 4 milyon illik satış hədəfi ilə Ford və Honda-nı keçməyə yaxındır.

BYD istehsal gücünü artıraraq 200 min yeni işçi işə qəbul edib və qiymət rəqabətində Tesla-nı geridə qoymaq üzrədir. Citi analitiklərinə görə, BYD-nin 2025-ci il üçün satış hədəfi 5-6 milyon avtomobil təşkil edir. Şirkət həmçinin Çin bazarında güclü mövqeyi və beynəlxalq genişlənmə strategiyaları ilə fərqlənir.

General Motors Çində 5 milyard dollar zərər elan edərkən, BYD güclü satışları və xərclərə nəzarəti ilə qlobal liderlik uğrunda mübarizəni davam etdirir.