Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.27$5.99%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

“Christian Dior” Azərbaycandakı Şirkətini Ləğv Etdi

Biznes TV1 min read
Share
“Christian Dior” Azərbaycandakı Şirkətini Ləğv Etdi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Dünyada məşhur geyim və moda brendi olan “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

Biznes TV xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən brend Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. “Christian Dior”un nizamnamə kapitalı 4 milyon 350 min avrodur.