Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97760.00%Brent100.68$2.82%Qızıl7,448.800.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

COP29 çərçivəsində Parlament Görüşünün yekun sənədi qəbul edildi

Biznes TV1 min read
Share
COP29 çərçivəsində Parlament Görüşünün yekun sənədi qəbul edildi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşünün yekun sənədi təsdiqləndi.

Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, sənəd COP27 və COP28-in parlament sessiyalarının, eləcə də Parlamentlərarası İttifaqın 148-ci və 149-cu sessiyalarında müzakirə edilən qətnamələrin əsasında hazırlanıb. Sənədin hazırlanması prosesində müxtəlif ölkələrin təklifləri nəzərə alınıb və iyun ayında keçirilən hazırlıq iclasında geniş müzakirələr aparılıb.

Soltan Məmmədov qeyd edib ki, sənəddə parlamentarilərin fikirlərini əks etdirən tövsiyələr yer alıb və COP29-un məqsədlərinə uyğun işlənib.

Mənbə: APA