Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.95280.00%Brent99.78$4.81%Qızıl7,423.930.00%TRY/AZN0.03480.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

FERMERLƏRƏ ŞAD XƏBƏR: MƏHSUL İSTEHSALINDAN ƏVVƏL ÖDƏNİŞ EDİLƏCƏK

Biznes TV1 min read
Share
FERMERLƏRƏ ŞAD XƏBƏR: MƏHSUL İSTEHSALINDAN ƏVVƏL ÖDƏNİŞ EDİLƏCƏK

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.OXU.az xəbər verir ki,layihə aqrar sahədə yeni maliyyələşmə mexanizminin yaradılması məqsədilə hazırlanıb. Məhsul şəhadətnaməsi fermerlərə kənd təsərrüfatı məhsullarını hələ istehsala başlamazdan əvvəl maliyyələşdirmək imkanı verəcək. Fermerlər şəhadətnaməni “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və tədarükçülərə təqdim edə biləcəklər. Bunun müqabilində gələcək məhsul və ya həmin məhsulun satışından əldə olunacaq vəsait hesabına öhdəlik yerinə yetiriləcək. Şəhadətnamənin iki növü nəzərdə tutulur 1.Maliyyə məhsul şəhadətnaməsi – əsasən banklar və BOKT-lar üçün nəzərdə tutulur. Fermer aldığı maliyyə vəsaitinin qarşılığında gələcək məhsulun satışından əldə olunan vəsaiti kreditora ödəyir. 2.Əmtəə məhsul şəhadətnaməsi – əsasən tədarükçülər üçün nəzərdə tutulur. Fermer aldığı dəstəyin qarşılığında gələcəkdə məhsulu kreditora təqdim edir. Layihəyə əsasən, məhsul şəhadətnamələrinin elektron sistem vasitəsilə verilməsi notariat xərclərini də aradan qaldıracaq. Həmçinin şəhadətnamə üzrə öhdəliklərin pozulması halında daha çevik icra mexanizmi tətbiq ediləcək.Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.

fermerpuliqtisadiyyatazərbaycan