Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.95280.00%Brent99.89$4.70%Qızıl7,423.930.00%TRY/AZN0.03480.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

NİDERLAND İNVESTİSİYALARININ HƏCMİNİ 3 DƏFƏ ARTIRDI: AZƏRBAYCANA 60,1 MİLYON DOLLAR YATIRILDI

Biznes TV1 min read
Share
NİDERLAND İNVESTİSİYALARININ HƏCMİNİ 3 DƏFƏ ARTIRDI: AZƏRBAYCANA 60,1 MİLYON DOLLAR YATIRILDI

2026-cı ilin ilk 6 ayında Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 60,1 milyon ABŞ dolları olub.Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və ya 40,3 milyon dollar çoxdur.Hesabat dövründə Niderlandın Azərbaycana ümumi birbaşa xarici investisiyalardakı payı 1,6% təşkil edib.Azərbaycan isə yanvar-iyun aylarında Niderland iqtisadiyyatına 11,05 milyon dollar investisiya yatırıb. Bu, illik müqayisədə 6 dəfə çoxdur.Ümumilikdə, ilin ilk yarısında Azərbaycana 3,666 milyard dollar birbaşa xarici investisiya qoyulub. Azərbaycanın xaricə yatırdığı investisiyaların həcmi isə 5 milyard dollar olub.

pulinvestmentbiznesiqtisadiyyatazərbaycanölkə