Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent103.73$3.62%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

GÖMRÜK BƏYANNAMƏSİ EDƏNLƏRİN NƏZƏRİNƏ

Biznes TV1 min read
Share
GÖMRÜK BƏYANNAMƏSİ EDƏNLƏRİN NƏZƏRİNƏ

GÖMRÜK BƏYANNAMƏSİ EDƏNLƏRİN NƏZƏRİNƏ YENİ QAYDA QÜVVƏYƏ MİNDİ

1 iyun 2026-cı ildən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

gömrükxəbərlər