Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97630.00%Brent99.24$1.35%Qızıl7,541.610.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

GÖMRÜKDƏ TIXAC AZƏRBAYCAN YÜK MAŞINLARI 20 GÜNDÜR BURAXILMIR?

Biznes TV1 min read
Share
GÖMRÜKDƏ TIXAC AZƏRBAYCAN YÜK MAŞINLARI 20 GÜNDÜR BURAXILMIR?
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.Məlumata görə problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır. Maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarının olmadığı bildirilir və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar. Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar. Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən bildirilib ki, gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir və bütün maşınlara standart prosedurlar tətbiq olunur.