Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent105.49$1.99%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

İŞSİZ QALANLARIN KREDİT BORCU SIĞORTALANACAQİŞİNİ İTİRƏNİN BORCUNU KİM ÖDƏYƏCƏK?

Biznes TV2 min read
Share
İŞSİZ QALANLARIN KREDİT BORCU SIĞORTALANACAQİŞİNİ İTİRƏNİN BORCUNU KİM ÖDƏYƏCƏK?

Azərbaycanda işsizlikdən sığorta təminatı verən yeni məhsul hazırlanır.”Unikal” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Hazırlanan qaydalara əsasən, kredit götürən şəxs işini özündən asılı olmayan səbəbdən itirərsə və kreditini ödəyə bilməzsə, müəyyən şərtlər daxilində ödənişləri sığorta şirkəti qarşılayacaq.Deputat Vüqar Bayramov bildirib ki, O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir.Yeni mexanizm isə məhz işsizlik riskini əhatə edəcək.

Onun sözlərinə görə, bəzi vətəndaşlar kredit götürdükdən sonra müəssisənin bağlanması, ixtisar və ya digər özlərindən asılı olmayan səbəblərlə işsiz qalırlar. Belə hallarda kredit ödənişlərini vaxtında etmək çətinləşir. Yeni sığorta sistemi tətbiq edilərsə, sığorta hadisəsi baş verdikdə kredit üzrə öhdəliklərin müəyyən hissəsi və ya qaydalarda nəzərdə tutulan hissəsi sığorta şirkəti tərəfindən ödənilə biləcək.

Deputat qeyd edib ki, bu mexanizm həm kredit götürən şəxslərin maliyyə yükünü azaldacaq, həm də bankların problemli kredit riskini aşağı salacaq.Bununla yanaşı, yeni sığorta növü kredit götürənlər üçün əlavə xərc yarada bilər. Çünki sığortadan istifadə edən şəxs sığorta haqqı ödəməlidir. Vüqar Bayramov hesab edir ki, Azərbaycanda kredit faizləri yüksək olduğundan banklar faiz dərəcələrində müəyyən endirim etməklə bu əlavə xərci kompensasiya edə bilərlər. Belə olacağı halda vətəndaşlar üçün əlavə maliyyə yükü yaranmadan yeni sığorta mexanizmini tətbiq etmək mümkün olar.Deputatın fikrincə, kredit risklərinin işsizlik halında sığortalanmasını nəzərdə tutan qaydaların qısa müddətdə təsdiqlənməsi həm vətəndaşların sosial müdafiəsini gücləndirəcək, həm də bank sektorunda risklərin idarə olunmasını yaxşılaşdıracaq.

işçilərsığortaunikal

Related stories

İŞÇİLƏRİN DİQQƏTİNƏ BİRDƏFƏLİK SIĞORTA ÖDƏNİŞİNƏ LİMİT TƏTBİQ EDİLƏCƏK
Economy

İŞÇİLƏRİN DİQQƏTİNƏ BİRDƏFƏLİK SIĞORTA ÖDƏNİŞİNƏ LİMİT TƏTBİQ EDİLƏCƏK

Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.Yeni dəyişikliklərə əsasən, birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanan ödənişin məbləği sığorta hadisəsinin baş verdiyi tarixdə ölkə üzrə müəyyən edilən minimum aylıq əməkhaqqının min mislindən artıq ola bilməyəcək.Qanuna edilən digər dəyişikliklərə görə, büdcə […]

2 min read
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read