Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.96610.00%Brent107.49$2.75%Qızıl7,360.300.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Kimlərin iş qrafiki dəyişir?

Biznes TV2 min read
Share
Kimlərin iş qrafiki dəyişir?

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş, uçuş və istirahət vaxtı yenidən tənzimlənəcək.Oxu.Az xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Yeni qaydalara əsasən, heyətin maksimal iş vaxtı 7, 14 və 28 ardıcıl gün, həmçinin 1 təqvim ili üzrə müəyyənləşdiriləcək. Uçuş vaxtı isə 28 ardıcıl gün, 1 təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə hesablanacaq.Hazırda Əmək Məcəlləsinə əsasən, normal gündəlik iş vaxtı 8, həftəlik iş vaxtı isə 40 saatdan çox ola bilməz. Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib. Cəmlənmiş iş vaxtı uçotu tətbiq edildikdə isə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə 11 saatdan çox ola bilməz.Layihədə bildirilir ki, mövcud məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşları çətinləşdirir və bəzi hallarda onları iqtisadi baxımdan səmərəsiz edir. Dəyişikliklə aviasiya heyətinin iş və istirahət rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması, yorğunluğun idarə edilməsi və aviaşirkətlərin rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.

işsaatıyenilikbiznes#biznestvdəyişikliksonxəbərxəbərləriqtisadiyyat#iqtisadixeber