Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.28%Brent107.00$0.59%Qızıl7,363.901.75%TRY/AZN0.03500.28%Uçot dərəcəsi7.25%0.00%
Politics

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

Biznes TV2 min read
Share
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ QIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB

Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil edilirdi. Yeni qərarla isə məhdudiyyət bütün istiqamətlər üzrə qüvvəyə minib. Qadağa avtomobil və dəmir yolu ilə ixrac edilən xam neft, benzin, dizel yanacağı və digər neft emalı məhsullarını əhatə edir. Bununla belə, mazut və soba yanacağı istisna təşkil edir. Bu məhsullar Nazirlər Kabinetinin ayrıca qərarı əsasında ixrac oluna bilər. Lakin bu halda onların emalından əldə edilən məhsulların sonradan Qırğızıstana geri gətirilməsi məcburidir. Məhdudiyyətlər nəqliyyat vasitələrinin standart yanacaq çənlərində olan yanacağa şamil edilmir. Qərarda qeyd olunub ki, qadağa daxili bazar tam təmin edilənədək və ya Avrasiya İqtisadi İttifaqında vahid neft bazarı formalaşanadək qüvvədə qalacaq. Eyni zamanda, Qırğızıstan yanacağın ölkəyə idxalını sadələşdirib. İyulun əvvəlində respublika hakimiyyəti Rusiya və digər müttəfiq ölkələrə müraciət edərək neft məhsullarının sabit tədarükünün təmin olunmasına yardım göstərilməsini xahiş edib.

iqtisadiyyatneftqazaxistanqlobalsiyasixəbərlər

Related stories

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Politics

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 min read
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Politics

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 min read
AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB
Politics

AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB

AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIBÖLKƏNİN STRATEJİ VALYUTA EHTİYATLARI 85.769 MİLYARD ABŞ DOLLARINA 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına bərabər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, 2025-ci illə müqayisədə 7.9% azdır. Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun […]

1 min read
“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”
Politics

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”TRAMP NATO SAMMİTİ ÜÇÜN ANKARADADIR ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.“Report” xəbər verir ki, Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.”Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə […]

2 min read