Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97760.00%Brent101.21$3.36%Qızıl7,448.800.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Neftçalada 21,7 min ton pambıq istehsal edilib

Biznes TV1 min read
Share
Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Neftçala rayonunda bu günə qədər 21,700 ton pambıq yığılıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu il rayon ərazisində 8 min hektar sahədə pambıq əkilib. Aqrotexniki qaydalara əməl olunması sayəsində sahələrdə bol məhsul yetişdirilib.

Yığılan məhsulun 90-95 faizi pambıqyığan maşınlarla toplanıb. İndiyə qədər 7,400 hektar sahənin məhsulu tədarük məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq hər hektardan 27 sentner təşkil edir.

Hazırda pambıq yığımı davam edir.

Mənbə: Report