Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.42$2.98%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Energy

PAŞA Kapital-dan SOCAR-ın Yeni “Yaşıl” İstiqrazlarına Sərmayə Fürsəti

Biznes TV2 min read
Share
PAŞA Kapital-dan SOCAR-ın Yeni “Yaşıl” İstiqrazlarına Sərmayə Fürsəti
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Dövlət Neft Şirkəti (SOCAR) ölkəmizin “yaşıl” enerji sektorunun inkişafını dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları dəyərində yeni “yaşıl” istiqrazlar təqdim edir. Bu istiqrazların ilkin yerləşdirilməsi PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən həyata keçirilir.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim olunan bu istiqrazlar həm stabil maliyyə gəlirləri, həm də ətraf mühitə töhfə vermək istəyən investorlar üçün ideal seçimdir. Onlar bərpa olunan enerji mənbələrinin inkişafına və əhəmiyyətli “yaşıl” layihələrin reallaşdırılmasına dəstək olacaq.

İstiqrazların əsas xüsusiyyətləri:

  • Nominal dəyər: 1 000 ABŞ dolları
  • Gəlirlilik faizi: İllik 6%
  • Kupon ödənişi: Rüblük
  • Tədavül müddəti: 5 il
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş

SOCAR-ın yaşıl istiqrazlarının ilkin yerləşdirilməsi Bakı Fond Birjası QSC-nin ticarət platformasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək.

İstiqrazlara abunə yazılışı 28 fevral 2025-ci il tarixinədək davam edir. Sərmayə qoymaq istəyənlər PAŞA Kapital-ın onlayn müraciət platformasına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Daha ətraflı məlumat üçün 1548 nömrəsinə zəng edin və ya www.pashacapital.az saytını ziyarət edin.

Related stories

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
Energy

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDUQANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə […]

1 min read
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Energy

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 min read
QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
Energy

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏRYENİ QAYDALAR TƏSDİQLƏNDİ Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN […]

1 min read