Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent105.49$1.99%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Business

PREZİDENTDƏN YENİ FƏRMAN: “AZƏRİPƏK” VƏ “AZƏRXALÇA” BİR QURUMDA BİRLƏŞİR

Biznes TV1 min read
Share
PREZİDENTDƏN YENİ FƏRMAN: “AZƏRİPƏK” VƏ “AZƏRXALÇA” BİR QURUMDA BİRLƏŞİR

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Azəripək” ASC “Azərxalça” ASC-yə qoşulmaqla yenidən təşkil ediləcək. “Azəripək”in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılacaq.Bundan sonra “Azərxalça” ipəkçilik və xalçaçılıq sahələrinin inkişafı, istehsal, emal, satış və ixracın təşkili, xammal bazasının genişləndirilməsi və milli sənətkarlıq irsinin qorunmasını vahid mərkəzdən həyata keçirəcək.Həmçinin Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə “Azərxalça”nın tabeliyinə veriləcək.Hökumətə ölkədə yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin yaradılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

azerxalçaazeripekxalçaipek

Related stories