Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent100.46$0.74%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Press release

Quba və Xaçmazda təhlükəli zərərvericiyə qarşı monitorinq və dərmanlama işləri həyata keçirilib

Biznes TV2 min read
Share
Quba və Xaçmazda təhlükəli zərərvericiyə qarşı monitorinq və dərmanlama işləri həyata keçirilib

Qəhvəyi mərmər bağacığının aktiv inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, zərərvericiyə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Quba və Xaçmaz rayonlarında media nümayəndələrinin iştirakı ilə monitorinq və kimyəvi mübarizə tədbirləri təşkil olunub.

Tədbir çərçivəsində əvvəlcə Quba Regional Təlim Mərkəzində qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan və ona qarşı həyata keçirilən mübarizə üsulları barədə təqdimat keçirilib.

Mütəxəssislərin sözlərinə görə, invaziv zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığa ciddi ziyan vurur. Bununla yanaşı, onun insan sağlamlığı üçün hər hansı təhlükə yaratmadığı bildirilib.

Daha sonra Xaçmaz rayonunda zərərvericinin yayıldığı ərazilərdə aparılan monitorinq və kimyəvi mübarizə tədbirləri nümayiş etdirilib. Tədbir iştirakçılarına qəhvəyi mərmər bağacığının erkən aşkarlanması, yayılmasının qarşısının alınması və müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, zərərvericinin təbii düşməni hesab edilən samuray arısının laboratoriya şəraitində çoxaldılması və bioloji mübarizə tədbirlərində tətbiqi nəzərdə tutulur.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin qışlama dövründə ölkənin 34 rayonunda 20 mindən çox nöqtədə monitorinq aparılıb. Zərərvericinin aşkarlandığı 12 rayonda mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Hazırda qəhvəyi mərmər bağacığı Şabran, Göygöl, Şəki, Balakən, Zaqatala, Qax, Qazax, Ağstafa, Quba, Qusar, Xaçmaz və Yardımlı rayonlarında müşahidə olunur. Onun populyasiyasına nəzarət məqsədilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb, cari ildə isə bu rəqəmin 20 mini ötməsi planlaşdırılır.

Aqrar Xidmətlər Agentliyi tərəfindən zərərvericiyə qarşı monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ölkənin müxtəlif bölgələrində davam etdirilir.

press-relizxəbərlər

Related stories

🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!
Press release

🌍 UTEM Logistics üçün daha bir mühüm uğur!

UTEM Logistics üçün daha bir mühüm uğur! UTEM Logistics Sp. z o.o. beynəlxalq səviyyədə tanınan ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təltif olunub. Bu sertifikat şirkətin yüksək keyfiyyət standartlarına sadiqliyini, müştəri məmnuniyyətini daim ön planda tutduğunu və bütün əməliyyat proseslərində davamlı inkişaf prinsipini rəhbər tutduğunu bir daha təsdiqləyir. UTEM Logistics fəaliyyət sahələrində peşəkarlığı və […]

1 min read
KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Economy

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 min read
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read