Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.76$2.67%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%

News

Breaking coverage of Azerbaijani and global economics

“Koç” Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı
Economy

“Koç” Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Türkiyənin məşhur “Koç” Holdinqi, biotexnologiya sahəsində fəaliyyət göstərən “Stembio” şirkətinin 65%-lik səhmlərini satın alıb. 2020-ci ildə qurulan “Stembio” kök hüceyrə və toxuma texnologiyaları sahəsində xidmətlər təqdim edir. Şirkət, doğuş zamanı körpənin göbək ciyəsi qanını toplayır, emal edir və həmin qanı xüsusi şəraitdə saxlayır. Göbək ciyəsi qanı kök hüceyrələrlə zəngindir və gələcəkdə müxtəlif xəstəliklərin müalicəsi üçün […]

2 min read
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!
Technology

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş imkanı yaradılıb. Vətəndaşlar “digital.login” vahid giriş sistemi üzərindən “mygov” platformasına daxil olmaqla müxtəlif dövlət qurumları üzrə məlumatları əldə edə bilərlər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasında iş və yaşayış yeri, ailə […]

2 min read
Azərbaycan və Səudiyyə Ərəbistanı: İnvestisiya və İşbirliyində Yeni Üfüqlər
Economy

Azərbaycan və Səudiyyə Ərəbistanı: İnvestisiya və İşbirliyində Yeni Üfüqlər

Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb. İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini bildirib, Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən […]

2 min read
Bu gün – sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
Regions

Bu gün – sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Biznes TV xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin […]

1 min read
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Energy

Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək

Azərbaycanda 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsalı güclərinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”unda çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov deyib. Onun sözlərinə görə, qeyd olunan göstəricinin 2 Gwt-ı daxili tələbatın təmin olunmasına, qalan hissəsi isə ixraca yönəldiləcək. Belə ki, istehsal olunan 4Gwt yaşıl enerji ““Xəzər-Qara dəniz-Avropa” […]

1 min read
Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi
Economy

Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. Şərtlər: – Müsabiqədə mikro, kiçik […]

3 min read
Azərbaycan-İraq Biznes Şurası yaradılacaq
Economy

Azərbaycan-İraq Biznes Şurası yaradılacaq

Xəbər 17/09/2024 15:17 Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A- Azərbaycan-İraq Biznes Şurası yaradılacaq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb. Bu mühüm hadisə, Azərbaycan-İraq biznes forumu çərçivəsində baş verib və KOB-lar arasında qarşılıqlı əlaqələrin artırılmasına yönəlib. Razılaşmanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət […]

2 min read
Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
Economy

Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib

Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib “Biznes TV” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb. Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, […]

2 min read