Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.09$3.29%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

SOSİAL YARDIMIN ORTA MƏBLƏĞİ AŞAĞI DÜŞDÜ — ADAMBAŞINA 97,94 MANAT

Biznes TV1 min read
Share
SOSİAL YARDIMIN ORTA MƏBLƏĞİ AŞAĞI DÜŞDÜ — ADAMBAŞINA 97,94 MANAT

2026-cı ilin iyul ayının biri vəziyyətinə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 97,94 manat olub.FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 2,43 manat, yaxud da 2,4% azalıb. Belə ki, ötən ilin 1 iyul tarixinə 1 nəfərə düşən sosial yardımın orta məbləği 100,37 manat olmuşdu. Qeyd edək ki, hesabat dövründə ölkədə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 min 278 nəfər olub. Sosial yardım alan ailə üzvlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 35 nəfər və ya 1,1% azalıb.

pulməbləğödənişyardım