Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent107.90$0.25%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Press release

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin açılış mərasimi 12 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.

Biznes TV2 min read
Share
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin açılış mərasimi 12 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.

Açılış mərasimi Azərbaycanda baytarlıq təhsilinin inkişafına, müasir tədris imkanlarının genişləndirilməsinə və gələcək baytar mütəxəssislərinin hazırlanmasına yönəlmiş mühüm hadisə kimi qiymətləndirilir.

Yeni yaradılmış tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına imkan verəcəkdir. Tədris klinikası isə tələbələrin peşəkar hazırlığının artırılması və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi baxımından mühüm rol oynayacaqdır.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsinin mütəxəssisləri, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Tədbir çərçivəsində rəsmi çıxışlar, fakültənin inkişaf perspektivləri ilə bağlı təqdimatlar və yeni tədris binası ilə klinikanın infrastrukturu üzrə tanışlıq turu nəzərdə tutulur.

HASVET Baytarlıq Təbabəti Fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit yaratmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

press-relizxəbərlər

Related stories

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
Economy

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 min read
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
Economy

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 min read